2 C
Baku
Saturday, December 14, 2024

“Binance” rusiyalılar üçün 10 000 avro limitini ləğv edib

Kriptovalyuta birjası “Binance” Rusiya hesabları üçün bəzi məhdudiyyətləri aradan qaldırıb. Xüsusən də platforma rusiyalılar üçün 10 000 avro limitini ləğv edib. Platforma bu barədə rəsmi açıqlama verməyib.

Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Qadağa 2022-ci ilin aprelində, Rusiyanın Ukrayna ilə müharibəyə başlaması fonunda Aİ-nin beşinci sanksiyalar paketinin qəbulundan sonra tətbiq edilib. Həmin andan etibarən hesablarında aktivləri 10 000 avronu keçən rusiyalı istifadəçilər birjada ticarət edə və hesaba əlavə vəsait yatıra bilməzdilər.

Qeyd edək ki, bəzi məhdudiyyətlər hələ də qalmaqdadır. Rusiya Federasiyasının vətəndaşları və vətəndaşlığından asılı olmayaraq bu ölkədə yaşayan hər hansı fiziki şəxslər kriptovalyutada P2P xidməti vasitəsilə dollar və avro alıb-sata bilməzlər.

Son xəbərlər
Digər xəbərlər