9 C
Baku
Friday, December 13, 2024

“Binance”ın baş direktoru çirkli pulların yuyulmasında günahkar olduğunu etiraf edərək istefa verib

“Binance” kriptovalyuta birjasının baş direktoru Changpeng Zhao çirkli pulların yuyulmasında günahkar olduğunu etiraf edərək, vəzifəsini tərk edib. Onu regional bazarların keçmiş rəhbəri Riçard Tenq əvəzləyib.

Məlumata görə, “Binance” cinayət qanunlarını pozduğuna görə ABŞ-a 4.3 milyard dollar ödəyəcək. Eyni zamanda, Zhaonu 1 ildən 10 ilə qədər həbs cəzası gözləyir. O, ABŞ ilə ekstradisiya müqaviləsi olmayan BƏƏ-də yaşayır.

“Bu gün Binance-nin baş direktoru vəzifəsindən istefa verdim. Vəzifədə olduğum müddətdə səhvlər etdim və məsuliyyəti öz üzərimə götürməliyəm. Cəmiyyətimiz, Binance və özüm üçün ən yaxşısı budur”, – deyə Zhao bildirib.

Noyabrın 21-də “The Wall Street Journal” Changpeng Zhaonun planlaşdırılan istefası haqqında məlumat yayıb. Bir qədər əvvəl isə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası “Binance” və Zhaoya qarşı idda qaldırıb. Tənzimləyici birja və rəhbərini investorları çaşdırmaqda ittiham edib.

Bundan əlavə, bəyanatda vurğulanır ki, “Binance” və Changpeng Zhao açıq şəkildə ABŞ müştərilərinə birjada əməliyyatlar aparmağın qadağan edildiyini bildirsə də, əslində ABŞ müştərilərinə gizli şəkildə ticarətdə iştirak etməyə icazə verib.

Qeyd edək ki, “Binance” kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarəti sistemidir. O, 2017-ci ildə Changpeng Zhao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıb ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub.

Son xəbərlər
Digər xəbərlər