31 may 2026-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri daxil olmaqla) 84, ATM-lərin sayı 3,502 olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni ayında isə bank filiallarının sayı 494, bank şöbələrinin sayı isə 87 olub ki, bu, illik müqayisədə müvafiq olaraq 5 vahid çox və 3 vahid azdır.
Aylıq müqayisədə isə mayda 6 bank filialı, 1 bank şöbəsi bağlanıb.







