1 fevral 2015- ci il tarixində Azərbaycanda quraşdırılan bankomatların sayında artım qeydə alınıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda ölkə üzrə quraşdırılan bankomatların sayı 10 ədəd artaraq 2 618 ədədə çatıb. Quraşdırılan bankomatların 9-u Bakı şəhərində, 1-i isə Regionlardadır.
Hazırda Pos terminalların sayı isə 74 584 ədəd təşkil edir ki, bu da bir ay ərzində 1 571 ədəd artım deməkdir.
Bir ay ərzində quraşdırılan terminalların 244 ədədi Bakıda, 1 327 ədədi isə Regionlardadır.