7 C
Baku
Thursday, December 12, 2024

Bir azərbaycanlı toyuna gəlməyənləri məhkəməyə verib

Bu yaxınlarda ailə həyatı quran bir azərbaycanlı toyuna gəlməyən qonaqları məhkəməyə verib.

Banker.az saytının Cebhe.info-a istinadən verdiyi xəbərə görə, yenicə toyu olan gənc oğlan 15 nəfərə qarşı irəli sürdüyü məhkəmə iddiası ilə 1,5 min manat təzminat tələb edir. Belə ki, bəyin sözlərinə görə, o toya gəlməyən həmin şəxslərin əvəzində restoranda onlar üçün nəzərdə tutulmuş oturacaq yeri və nahar üçün  özü ödəniş etməli olub. O həmçinin qeyd edib ki, o hər zaman bütün toylara gedib və bəzən hətta bunun üçün borc götürməli olmasına baxmayaraq lazımi “pulu yazdırıb”.

Məhkəmə isə öz növbəsində işin baxılmasını rədd edib. Məhkəmənin qərarı isə onunla əlaqədardır ki, toy özlüyündə qanunla tənzimlənməyən ənənəni əks etdirir, deməli toya gəlib-gəlməmək hər kəsin könüllü işidir.

Oxşar hadisə 2013-cü ilin may ayında da baş vermişdi. Bu zaman bir şəxs oğlunun toyuna gəlməyən 80 nəfəri məhkəməyə vermişdi. Məhkəmə iddiasının son olaraq nə ilə nəticələndiyi isə məlum deyil.

Son xəbərlər
Digər xəbərlər