Müəllif: Kənan Kərimzadə
Lachhiman Gurung (1917 – 2010). Bir çoxlarına görə o, dünyanın ən cəsarətli adamıdır. “Victoria xaçı” ilə təltif olunub.
May 1945, Birmada yaponlar ilə döyüş zamanı iki yoldaşı ilə səngərdə hücum edən 200 düşmən əsgərinə qarşı dayanır. Cəldlik göstərərək iki dəfə xəndəyə düşən qumbaranı yaponlara tərəf atmağı bacarır.
Üçüncü qumbara sağ əlində partlayır. Qəlpələr onun ayağına, üzünə və bədəninə ciddi zədələr qoyur. Həmin vaxt Gurungun digər iki yoldaşı onsuz da ağır yaralı idi və səngərdə uzanaraq sızıldaydırdı. Partlayışdan dərhal sonra yapon əsgərlər hücuma keçirlər. Gurung sol əli ilə atəş açmağa davam edir. Təkbaşına tam 4 saat öz mövqeyini qorumağa müvəffəq olur. Səhər açılanda 87 öldürülmüş yapon əsgəri saymaq olardı, onlardan düz 31-i xəndəyə iki metr məsafədə yıxılıb qalmışdı. Gurung’un boyu sadəcə 1.49 metr idi.