27 C
Baku
Wednesday, June 26, 2024

Bir dəfə kalliqula “okeanı zəbt etdi” və balıqqulağıları qənimət qismində gətirdi

Bizim zəmanəmizə Kalliqulanın hakimiyyət dövrü ilə bağlı çox az sənəd və dəlillər gəlib çıxıb. Roma imperiyasının başında dayandığı ilk iki il haqqında söz düşərkən o xeyirxah və mötədil monarx kimi təsvir olunur, daha sonra isə mənbələr onun haqqında bədxərc, qəddar və seksual pozğun tiran kimi danışırlar.

Son dövrlərdə bu mənbələrin etibarlığı və həqiqətə uyğunluğu günü-gündən daha çox şübhə altına düşür, amma məlumdur ki, öz qısamüddətli hakimiyyət dövründə Kalliqula özünün mütləq hakimiyyətinin genişləndirilməsi ilə bağlı müxtəlif planlar cızırdı. Bir dəfə o, hərbi ekspedisiya ilə La-Manş boğazın yola düşür, ordu sahildəki balıqqulağıları yığmalı idi, sonra onları Romaya gətirirlər. Kalliqula iddia edirdi ki, o okeanı tutub və özü ilə qənimət (trofey) gətirib.

Dövlətin idarə etməsində isə bu təkəbbürlü Roma hökmdarı özü üçün təmtəraqlı sarayların tikintisinə və şöhrətpərəst memarlıq layihələrinə xüsusi ilə önəm verirdi. Beləliklə o iki akvedukun (çay, dərə və s. üzərində körpü şəklində çəkilən su kəməri).tikintisinə başlayır – «Aqua Claudia» və «Anio Novus», bunlar Romanın su təchizatın yaxşılaşmasına xidmət edir. Roma imperatoru qismində Kalliqulanın başlıca nailiyyətlərindən biri isə Mavritaniyanın işğalı, birləşdirilməsidir. Bizim eranın 41-ci ilində Kalliqula ilk qətlə yetirilən hökmdarlardan biri olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər