Əgər siz ictimai çıxışlardan qaçır və hesab edirsiniz ki, çoxlu sayda insan qarşısında danışmaq iqtidarında deyilsiniz, onda kömək üçün peşəkarlara müraciət etməyi və ya kurslara yazılmağı heç ağlınıza gətirməyin, biznes-konsultant Kristi Hedces tövsiyə edir.
«Sizə daha çox gəzməyi, fasilələr etməyi, çox sürətlə danışmamağı, başınızı dik tutmağı və çoxlu-çoxlu başqa şeylər məsləhət görəcəklər. Amma məsələ ondadır ki, yaxşı natiqlər heç zaman qaydalara əməl etmir. Bundan əlavə siz özününz paylaşmaq istədiyiniz məsələ ilə bağlı nəyi necə deməyi hamıdan yaxşı bilirsiniz. Siz həmişə öz ideyalarınızı dostlarınıza və ya ailə üzvlərinizə təqdim edirsiniz. Növbəti dəfə sakit bir ortamda söhbət edəndə necə davrandığınızı, hərəkətlərinizi yadda saxlamağa çalışın. Əgər stressli bir situasiyaya düşsəniz öz jestlərini və danışıq tərzinizi təkrar etməyə çalışın».