Əgər siz həftədə 40 saatdan çox işləyirsinizsə, gecə yarısına kimi işdə oturub qalmayın –çünki bu zaman siz məhsuldarlığınızı itirirsiniz, menecment üzrə mütəxəssis Laura Vanderkam məsləhət edir.
«Nə işdə çox gecəyə qədər oturub qalmayın, nə də işi evə götürməyin. Bəziləri üçün isə iş masasının arxasından vaxtında qalxmaq və digər işlərinin arxasınca getmək çox çətin başa gəlir. Amma məsələnin gizli məqamı ondadır ki, insanın məşğulluğu, onun müəssisə üçün həqiqətdə nə qədər əvəzedilməz olması və ya onun fəaliyyətinin çox dəyərli olması ilə qətiyyən əlaqəli deyil».