18 C
Baku
Sunday, April 28, 2024

Bir dəqiqəyə MBA: «İşçilərinizdən səmimiyyət istəyirsiniz? Onları necə lazımdı hirsləndirin»

«O, Starbucks kompaniyasını tornado kimi sarsıtdı» – qəhvə korporasiyasının keçmiş prezidenti Hovard Byeer haqqında Starbucks idarə heyətinin sədri Hovard Şults belə deyir. «Qəhvə ilə bilikdə öz ürəyinizi süzün: Starbucks fincan-fincan necə quruldu» adlı memuarlarında Şults onun adaşının (Hovard Byeer) insanları ürəklərindəki iradları açıb tökməyə necə məcbur edə bildiyinə dair xatırlatmalar edir.  

Byeer rüblük açıq forumlar təşkil edirdi, burada menecerlər fərdi söhbət etməkdə maraqlı olan əməkdaşlar ilə görüşürdü. «Hovard açıq forumlarda qəsdən konflikt provokasiya edirdi ki, sadəcə bizi hadisələrə daha geniş prizmadan baxmağa sövq etsin» -Şults xatırlayır. Bir dəfə prezident kafelərə təklif edir ki, 10 dəqiqə daha tez açılıb və 10 dəqiqə daha gec bağlansınlar ki, müştərilər gözləntilərini daha artıqlaması ilə yerinə yetirə bilsinlər. Təbii ki, bu heç kəsin ürəyincə deyildi, insanlar qəzəb içində idi. “Hovard üçün fərqi yox idi ki, onun təklifi yaxşı idi, ya pis.

Məsələ onda idi ki, bizim tərəfdaşlar forumlarda özlərini kifayət qədər sərbəst hiss etməlidir ki, iradlarını açıq söyləyə bilsinlər və mübahisə edə bilsinlər –Şults izah edirdi. «Əgər kompaniyada işçilər nədənsə narazıdırsa, lakin bunu açıq deyə bilmirlərsə, onda menecerlər üçün ən məhsuldar metod –bir başa sual verməkdir. Əgər onları açıq danışmağa məcbur etsən, nə qədər narahat və namünasib vəziyyət olsa belə, yekunda qəzəb əriyəcək, problem isə həll olunacaq».

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər