18 C
Baku
Saturday, May 4, 2024

Bir dəqiqəyə MBA: “Nəyəsə nail olmaq istəyirsiniz? Ambisiyalı məqsədlərdən uzaq olun

Həyatda və ya biznesdə nəyəsə nail olmaq üçün ilk öncə real, ölçülə bilən və konkret məqsədiniz olmalıdır, daha sonra ona nail olmaq üçün plan hazırlamaq və nəyə nail olmaq istədiyinizi bilərək hərəkətə keçməlisiniz. Şəxsi inkişafla bağlı bütün miflər məhz bu ideya üzərində qurulub, idarəçilik iyerarxiyasının bütün səviyyələrində məqsəd qoymanı zəruri hesab edən müasir menecmentdən isə danışmağa dəyməz. 

Lakin reallıqda məqsədlərə aludə olmaq təhlükəlidir, Oliver Bukerman qeyd edir. Özünün “The Antidote: Happiness for People Who Can’t Stand Positive Thinking” kitabında o, məqsəd qoyma haqqında psevdo-elmi mifləri ifşa edir. Nümunə olaraq, General Motors-da böhranı aradan qaldırmaq üçün uğursuz cəhdləri misal göstərir.

Menecment şirkət qarşısında bir yeganə məqsəd qoyur: amerikan bazarında yapon avtomobil istehsalçıları ilə rəqabətdə itirdiyi payını geri qaytarmaq və bu göstəricini 29%-ə qədər artırmaq. Bu rəqəm şirkət əməkdaşlarının əməlli-başlı səcdə etdikləri büt oldu; top-menecerlər 29 rəqəmi yazılmış nişanlar taxırdılar. Müəyyən edilmiş müddətdə qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün plan da işlənib hazırlanmışdı. Lakin bu vəziyyəti daha çətinləşdirdi, Bukerman qeyd edir.

Belə ki, bu addım kreativliyi zəiflətdi, qərar qəbul etmək sərbəstliyini məhdudlaşdırdı, bazar payına təsir göstərəcək və ya müəyyən edilmiş vaxtdan gec, lakin əhəmiyyətli nəticələr verəcək istiqamətdə investisiya etməyə imkan vermədi. The Antidote-in müəllifi 2008-ci il böhranından sonra şirkətin müflisləşməsini 29 rəqəminə bağlılığın və məqsədlərə hədsiz aludə olmağın məntiqi sonluğu kimi qiymətləndirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər