Əgər tədarükçülərə xidmətlərinin əvəzini 20 ya 30 gündən bir ödəmək arasında heç bir fərq yoxdursa, vaxtından öncə hesablaşın, Dero kompaniyasının baş icraçı direktoru Hens Stiq məsləhət görür.
«Qabaqcadan ödəyin. Siz pulu ayda bir dəfə ödəməyinizlə, ya bir həftə qabaqcadan ödəmək arasında hansı isə bir fərq hiss edirsiniz? Onsuzda gec-tez ayrılmalı olacağınız pul məbləğini özünüzdə daha bir neçə gün saxlamaq sizə həqiqətən də elə çox lazımdır? Onda pul köçürmələrini əvvəlcədən edin. Sizdən başqa heç kəs bunu etməyəcək. Heç bir kompaniya. Onda siz qalan hamıdan fərqlənmiş olacaqsınız və sizin şirkətə xidmət göstərən adamlar, başqa birinə deyil, məhz sizin firmaya sadiq olacaqlar».