30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövründə isə bankların filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,479 olub. 2019-cu ilin sentyabr ayında ötən ilin analoji dövrüylə müqayisədə bankların filiallarının sayı 4 ədəd artıb, bank şöbələrinin sayı 14 ədəd azalıb, ATM-lərin sayı isə 113 ədəd artıb.