12 C
Baku
Wednesday, December 11, 2024

Bir qrup sahibkar idxala dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək

Bir qrup sahibkar məhsul və avadanlıq idxalına dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək.

“Bel.ru” xəbər verir ki, imzalama mərasimi martın 5-nə təyin olunub. Səfər çərçivəsində həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələrilə tanışlıq da nəzərdə tutulur. Belə ki, ağır, yüngül, qida sənayesi sahələrinin nümayəndələrindən ibarət heyətin neft-qaz və qida istehsalı avadanlığı, avtomatik idarəetmə sistemləri, ərzaq, yüngül sənayesi məhsulları idxalına daha çox maraq göstərəcəyi bildirilir.

Belqorod şirkətləri üçün də qarşıdakı görüş beynəlxalq bazara çıxmaq istiqamətində mühüm addım olacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər