Bu ilin iyun-iyul aylarında 30-dan çox ölkə Ukrayna taxılının alıcılarının siyahısını tərk edib.
Bunu BMT-nin Comtrade platformasının məlumatları sübut edir.
Əvvəl dərc edilmiş məlumatlara görə, iqtisadiyyatları inkişaf etmiş ölkələr 2022-ci ilin iyun-iyul aylarında Ukrayna taxılının əsas alıcıları olub və bütün tədarüklərin 81%-ni təşkil edib.
Bu dövrdə tədarüklərin həcmi 43% azalıb. Belə ki, bazarlara bir il əvvəlki 1.3 milyard dollara qarşı 771 milyon dollarlıq məhsul ixrac edilib. Bunun fonunda alıcıların siyahısını – Albaniya, Banqladeş, Braziliya, Qvatemala, Honduras, Gürcüstan, Danimarka, Cibuti, Hindistan, İordaniya, İran, Yəmən, Kanada, Konqo, Kosta Rika, Mavritaniya, Madaqaskar, Namibiya, Nigeriya, Yeni Zelandiya, Oman, Pakistan, Palau, El Salvador , Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Tanzaniya, Trinidad və Tobaqo, Monteneqro, Şri-Lanka, Efiopiya və Yaponiya tərk edib.
Eyni zamanda, ötən yay Ukrayna da yeni tərəfdaşlar – Latviya, Lüksemburq, Seyşel adaları, Slovakiya, Sloveniya, Finlandiya və Estoniyanı cəlb edib. Onlar iyun-iyul aylarında bütün satışın 3%-ni təşkil edən 2.3 milyon dollarlıq taxıl alıblar.
Ukrayna taxılının ən böyük alıcısına çevrilmiş Rumıniya dənli bitkilərlə sonrakı sövdələşmələrə dair məlumatlarını hələ ki, açıqlamayıb.