9 C
Baku
Friday, December 27, 2024

Bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb – Cədvəl

Azərbaycanda bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib. Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150 % artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur. Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.

Bundan başqa, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib.

Eyni zamanda terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə, həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb.

Bundan əlavə, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.

Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib.

Qaydaya dəyişiklik noyabrın 4-dən qüvvəyə minib.

Vəzifə adı Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı Aylıq sabit həvəsləndirici əlavənin məbləği dəyişiklikdən əvvəl Aylıq sabit həvəsləndirici əlavənin məbləği dəyişiklikdən sonra Yekun məbləğ
Provizor vəzifəsi üzrə çalışan həkim 398-468 260 400 798-868
Statistika bölməsinin rəhbəri vəzifəsində çalışan həkim 415-487 1-ci qrup tibb müəssisələri – 240

2 və 3-cü qrup tibb müəssisələri – 340

600 1015-1087
Həkim-statistik 415-487 1-ci qrup tibb müəssisələri – 240

2 və 3-cü qrup tibb müəssisələri – 340

500 915-987
Həkim-metodist
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim 450-549 1-ci qrup tibb müəssisələri – 370 1-ci qrup tibb müəssisələri – 450 900-999
2 və 3-cü qrup tibb müəssisələri – 570 2 və 3-cü qrup tibb müəssisələri – 650 1100-1199
“B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən üzv təyin olunmuş həkim-mütəxəssislər 415-487 Tətbiq edilmirdi 200 615-687
Tərbiyəçi 398-508 Tətbiq edilmirdi 200 598-708
Əmək terapiyası üzrə təlimatçı 353-398 Tətbiq edilmirdi 553-598
Vəzifə adı Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı Aylıq sabit həvəsləndirici əlavənin məbləği Dəyişiklikdən əvvəl vəzifə (tarif) maaşlarına

tətbiq edilən əlavə

Dəyişiklikdən sonra vəzifə (tarif) maaşlarına

tətbiq edilən əlavə

Yekun məbləğ
Baş tibb bacısı (qardaşı) 398-487 1-ci qrup tibb müəssisələri – 350 Tətbiq edilmirdi 15 %

(59.70-73.05 )

807-1460
2 və 3-cü qrup tibb müəssisələri – 350-900
Vəzifə adı Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı Aylıq sabit həvəsləndirici əlavənin məbləği Dəyişiklikdən əvvəl aylıq sabit həvəsləndirici əlavələrə

tətbiq edilən artım

Dəyişiklikdən sonra aylıq sabit həvəsləndirici əlavələrə

tətbiq edilən artım

Yekun məbləğ
Böyük tibb bacısı 383-432 80/110/160 15 %

(12-24 )

50 %

(40-80 )

553-736
Böyük mama
Böyük feldşer
Böyük laborant
Təsərrüfat bacısı (qardaşı) 338 40/50/60 15 %

(6-9 )

50 %

(20-30

MənbəReport
Son xəbərlər
Digər xəbərlər