Kapital Bank-ın qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası SİMA İMZA ilə inteqrasiya edilir.
Banker.az xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Ağarza Baxşiyev “Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları”na dair keçirilən mətbuat konfransında bildirib.
“Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir. Yaxın zamanda bu funksionallıq daha geniş istifadəçi bazasına təqdim olunacaq. Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər. Növbəti mərhələdə isə SİMA imzanın istifadəsi genişləndirilərək, xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq”, – deyə o qeyd edib.






