7 C
Baku
Thursday, December 12, 2024

BirBank “NETTY” mükafatı alıb®

Kapital Bank-ın BirBank mobil tətbiqi Azərbaycan Milli İnternet Mükafatı olan “NETTY” mükafatına layiq görülüb. BirBank “İlin mobil tətbiqi” nominasiyasında qalib seçilib.

NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə 2004-cü ildən yaradılan informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Qeyd edək ki, BirBank tətbiqini 600 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər