9 C
Baku
Thursday, December 12, 2024

Birbaşa satış şöbəsinin mütəxəssisi – Atəşgah Sığorta

Birbaşa satış şöbəsinin mütəxəssisi
Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır: 
Namizədə tələblər:
  • Yaş: 23-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus və ya İngilis dili (ə`la –mütləqdir)
Şəxsi keyfiyyətlər :
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri :
  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı: 09:00-18:00
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Sabit əmək haqqı: 400 AZN
  • Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər mövzu qismində “Birbaşa satış şöbəsinin mütəxəssisi ” qeyd etmək mütləqdir.

Son xəbərlər
Digər xəbərlər