9 C
Baku
Thursday, December 12, 2024

Birinci yarımildə Azəri-Çıraq-Günəşlidə 8 neft hasilat quyusu tamamlanıb

Birinci yarımil ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) 8 neft hasilat quyusu tamamlanıb.

BP-dən bildirilib ki, cari ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat–Çıraq (25 min), Mərkəzi Azəri (108 min), Qərbi Azəri (109 min), Şərqi Azəri (62 min), Dərinsulu Günəşli (78 min) və Qərbi Çıraq (42 min) platformalarından birlikdə–gündə orta hesabla 424 min barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər