8 C
Baku
Friday, December 13, 2024

Birinci yarımildə istehlakçılara qaytarılan vəsaitin məbləği açıqlanıb

2024-cü ilin yanvar-iyun ayları ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3% və ya 20 519 manat artıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər