Bu ilin I yarısında Azərbaycana xaricdən 567,8 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 343 milyon ABŞ dolları pul köçürülüb.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə 36,35% az və 34,7% çoxdur.