Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı yerli “Geo News” kanalı yayıb.
Polisdən bildirilib ki, binaya 4 nəfər hücum edib. Onlardan 3-ü öldürülüb, 1-i hazırda binadadır.
Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.
Yaralılardan biri polis zabiti, o biri isə binanın gözətçisidir.