ABŞ-ın valyutasının indeksi 2021-ci ilin fevral ayının 8-dəki göstəriciyə qayıtmağı bacardı.
Banker.az xəbər verir ki, dolların (USD) məzənnəsi 6 valyuta səbətinə qarşı bu həftə 90.93 bənd ilə start verdiyi halda, günün bəzi saatlarında 91.13 bəndinə qədər artıb.
Bu da sessiya ərzində 0.20 bənd, yaxud 0.22%-lik artım dinamikasıdır.
EUR/USD valyuta cütlüyünün məzənnəsi 0.22% azalmaqla 1.2045, GBP/USD cütlüyü 0.07% azalmaqla 1.3944, USD/CAD cütlüyü 0.30% azalmaqla 0.2695, USD/CHF cütlüyü 0.47% artmaqla 0.9127, USD/JPY cütlüyü 0.16% artmaqla 106.73, AUD/USD cütlüyü isə 0.30% artımla 0.7728 səviyyəsində təşkil edib.
Federal Ehtiyatlar Sisteminin (FED) 2023-cü ilə qədər üç faiz artımı qərarını verməklə uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə qədər artımı proqnoz edilir.
Qeyd edək ki, “Goldman Sachs” növbəti aylarda dolların ucuzlaşacağı proqnozunu vermişdi.
Dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar – avro (səbətdə payı 57.6%), yen (13.6%), funt sterlinq (11.9%), Kanada dolları (9.1%), İsveç kronu (4.2%) və İsveçrə frankı (3.6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.