17 C
Baku
Monday, May 20, 2024

“BirKart BOKT” MMC 2023-cü ildə 2 dəfədən çox böyüyüb

®“BirKart BOKT” MMC 2023-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən qeyd etmək olar ki, 2023-cü ildə maliyyə qurumu investisiya fəaliyyəti göstərməklə maliyyə qurumunun törəmə cəmiyyətlərinin kapital artımında iştirak etmiş və 2022-ci ilə nisbətdə göstəricilər 3 dəfəyə qədər artaraq 60 milyon 629 min 580 manat təşkil etmişdir. Belə ki, 2022-ci ildə bu rəqəm 20 milyon 753 min 600 manat idi. 

“BirKart BOKT” un ötənilki gəlirlərinin əsasını əməliyyat gəliri təşkil edib ki, bu rəqəm      də 68 min 72 manatdır.  Əsas vəsaitlər və digər aktivlərin dəyərdən düşməsi üzrə zərər, inzibati və əməliyyat xərcləri ilə əlaqədar olaraq “BirKart BOKT” MMC 2023-cü ili 117 min 277 manat 86 qəpik xalis zərərlə başa vurub.

2022-ci ilin sonunda “BirKart BOKT”un cəmi aktivləri 30 milyon 707 min 354 manat 89 qəpik olduğu halda, 2023-ci ilin sonunda 2 dəfə artaraq 62 milyon 321 min 308 manat 37 qəpiyə çatıb. Təşkilatın kəskin böyüməsinin əsas səbəbi cəmi investisiyaların yüksəlməsidir. Həmçinin, 2023-cü ildə “BirKart BOKT” MMC-nin nizamnamə kapitalı da 2 dəfə artaraq 63 milyon 89 min 980 manata çatdırılıb.

2018-ci ildə kreditlərin verilməsi məqsədilə yaradılan “BirKart BOKT” MMC-nin 31 dekabr 2023-cü il tarixində nizamnamə kapitalının 100 %-i “Kapital Bank” ASC-yə məxsus olub. 

1_2_3_merged_compressed

Son xəbərlər
 ⁠
Digər xəbərlər