Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əsas neft hasil edən ölkələr arasında neft hasilatınının dondurulmasına dair təklifi dəstəkləyir.
İnterfaks-a istinadən xəbər verir ki, bu barədə BƏƏ neft naziri Süheyl əl-Məzrui bəyan edib.
O deyib ki, BƏƏ-nin neft sahəsindəki siyasəti bazarın stabilliyinə yardım edəcək bütün neft hasil edən ölkələr üçün açıqdır: “Biz gələcəyə nikbinliklə baxırıq”.
Daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.
Eləcədə oxu : BƏƏ neft ixracını dayandırır
Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb.
Qeyd edək ki, neftin qiymətlərinin azalması səbəblərindən biri kimi hasilatın artırılması göstərilir. Görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.