8 C
Baku
Thursday, December 12, 2024

Bitcoin ilk dəfə qızıldan baha oldu

Kriptovalyutanın dəyərinin yüksəlməsi ona olan tələbatın artması ilə bağlıdır.

Banker.az saytı xəbər verir ki, Bitcoin valyutasının dəyəri dünya bazarında 1 troy qızıl unsiyasının qiymətini geridə qoyub. Kriptovalyutanın dəyəri Kraken elektron birjasında 2,45%, yəni 1 Bitcoinə görə 1255 dollara qalxıb.

Qeyd edək ki, Comex Nyu-York birjasında qızılın aprel fyuçersinin dəyəri 17,20 dollara enib.

CryptoCompare şirkətinin yaradıcısı və baş icraçı direktoru Charles Hayter hesab edir ki, kriptovalyutanın dəyərinin artması ona olan tələbatın artması ilə bağlıdır.

MarketWatch agentliyi isə yazır ki, investorlar Bitcoini təhlükəsiz aktiv qismində və yaxud səhmlər endikdə alırlar.

Bitcoinin dəyərinin artmasına digər bir səbəb isə ABŞ-ın qiymətli kağızlar və birja üzrə komissiyasının (SEC) Winklevoss Bitcoin adlı ilk Bitcoin-fondunun  yaradılmasına razılıq verməsi ilə bağlı gözləntilərdir. Bununla bağlı qərar 11 mart tarixində verilməlidir.

Son xəbərlər
Digər xəbərlər