5 C
Baku
Saturday, December 14, 2024

Bitcoin-in qiyməti 30 min dolları keçib

“CoinMarketCap”ın məlumatlarına görə, Bitcoinin qiyməti 30 000 dolları keçib. Sonuncu belə bir artım 10 iyun 2022-ci ildə olub, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 06:23-ə olan məlumata görə, kriptovalyutanın dəyəri təxminən 30.3 min dollar təşkil edib. Bitcoin gün ərzində təxminən 7%, həftə ərzində isə 9% bahalaşıb. Ethereum-un dəyəri 4% artaraq 1.9 min dollar olub.

Mart ayında ABŞ bank bazarında bir sıra kredit təşkilatlarının müflisləşməsi nəticəsində yaranan problemlər investorların kriptovalyutalara marağını qaytarıb. Mütəxəssislərin fikrincə, tənzimləyicilərin təzyiqi, yeni iflaslar və kriptovalyutaların qiymətli kağız kimi tanınması bazarın gələcək artımını ləngidə bilər.

coindesk BTC chart 2023 04 11

Son xəbərlər
Digər xəbərlər