23 C
Baku
Friday, April 26, 2024

Bitcoin kəskin ucuzlaşır

Bu gün keçirilən hərraclar zamanı bitkoin 12.49 faiz ucuzlaşaraq Bakı vaxtı ilə saat 21:00-da $16 733.16 satılıb. Kapitalizasiyasına görə ona daha yaxın olan “Ethereum” $499.60 dollar olub, bu da sutqalıq 15.77% ucuzlaşma deməkdir.

Sərmayədarların endirim tətbiq etmələri nəticəsində baş verən bu ucuzlaşma pandemiya dövründə bitkoinin ən böyük tənəzzülü ola bilər, bunu Bloomberg yazır.

Halbuki cari ilin 9 ayı ərzində 250 faiz böyüyən bitkoin 24 noyabr tarixindəki hərraclar zamanı 2017-ci ilin noyabr ayından bu yana ilk dəfə 19 min ABŞ dolları həddini keçib, ertəsi gün isə 19 374 ABŞ dollarından satılıb.

Bitkoinin məzənnəsinə mənfi təsir edən amillər arasında “Coinbase” birjasının baş direktoru Brayan Armstronqun tvitter səhifəsindən paylaşdığı fikirlər göstərilir. Belə ki, ekspertin fikrincə, ABŞ hökuməti kriptovalyutalarının tədavülünə məhdudiyyətlər tətbiq edə bilər ki, bununla da rəqəmli transaksiyaların gizliliyinə xələl gələcək.

Bitkoinin bazar dəyəri hazırda $309.55 milyard təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər