“Bitcoin” son bir gündə 10%-dən çox ucuzlaşıb

“Bitcoin”in dəyəri son 24 saat ərzində “CoinDesk” xidmətinin məlumatlarına əsasən, Bakı vaxtı ilə 7:27-də 10%-dən çox ucuzlaşaraq 54 min dollara çatıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinafən xəbər verir.

Xatırladaq ki, bir gün əvvəl kriptovalyutanın qiyməti 60 min dolları keçmişdir və pik nöqtədə 61 500 dollar səviyyəsində olmuşdur. “CoinMarketCap” xidmətinin məlumatlarına görə, kriptovalyutanın kapitallaşması da 10% azalıb və hal-hazırda 1.008 trilyon dollar təşkil edir.

Mütəxəssislər “bitcoin”in bahalaşmasını ABŞ-ın 1.9 trilyon dollarlıq iqtisadi dəstək paketini qəbul etməsi ilə əlaqələndirirlər. “Bloomberg” qeyd edir ki, qiymət artımına həmçinin investorların marağı da təsir göstərir.

Martın 8-də kriptovalyutaları saxlama xidmətlərini göstərən “NYDIG” platforması, sığorta şirkətlərinin saxladığı “bitcoin”lərin həcmini 1 milyard dollardan çox qiymətləndirib. Bundan əlavə, bir ay əvvəl İlon Maskın “Tesla” şirkəti “bitcoin”ə 1.5 milyard dollar yatırdığını açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər