10 C
Baku
Thursday, December 12, 2024

Bitcoin “təhlükəsi”: Hökumətlər buna necə cavab verəcək?

“Bitkoin qlobal maliyyə sisteminə real təhlükə yaradır. Hökumətlər bu duruma öz elektron valyutalarının emissiyası ilə cavab verəcək”.

“Bloomberg” agentliyinə istinadən, bu açıqlamanı ABŞ-ın nüfuzlu “Citibank” investisiya bankının rəhbəri Maykl Korbat (Michael Corbat) verib.

“Düşünmürəm ki, hökumətlər yeni yaranan texnologiyaların onların maliyyə sahəsindəki inhisarçılığı dağıtmasına laqeyd qalsınlar. Yeni texnologiyalar məlumat dövriyyəsini, vergitutmanı, çirkli pulların yuyulmasını və s. sahələri ələ keçirməyə hazırlaşır”, – Korbat bildirib.

Korbat həmçinin deyib: “Yəqin ki, hökumətlər öz şəxsi elektron valyutalarını yaradacaq. Bu valyutaların adı kriptovalyuta olmayacaq. Mən bu adın elektron valyutalara uyğun olmayacağını düşünürəm. Yeni texnologiyalar saxta deyil, onlar kifayət qədər həqiqidir. Biz diqqətlə vəziyyətə nəzarət edirik”.

Qeyd edək ki, bitkoinin qiyməti bu ilin əvvəlindən 7,2 dəfə artaraq 7 200 dollara yüksəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər