Bitcoin və Ethereum 6%-dən çox ucuzlaşıb

Kapitallaşmasına görə iki ən böyük kriptovalyuta Bitcoin və Ethereum dəyər itirməyə davam edir. Bunu “Binance” platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Bitcoin 6,38% ucuzlaşaraq 66,4 min dollar səviyyəsinə enib. Ethereum isə 8,08% dəyər itirərək 1,84 min dollara düşüb.

CoinMarketCap-in 3 iyun tarixinə olan məlumatına əsasən, ümumi kriptovalyuta bazarının kapitallaşması 2,29 trilyon dollar təşkil edib. Bunun 1,33 trilyon dolları (58,1%) Bitcoinin, 222,53 milyard dolları (9,7%) isə Ethereumun payına düşür.

“Coinglass” platformasının məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 277 mindən çox treyderin ümumilikdə 1,84 milyard dollar dəyərində mövqeyi ləğv edilib (likvidasiya olunub). Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb.

Likvidasiya olunan mövqelərin təxminən 1,66 milyard dolları uzun (long), 180,11 milyon dolları isə qısa (short) mövqelərin payına düşüb. Son sutka ərzində ən böyük likvidasiya əmri isə HTX birjasında qeydə alınıb və onun dəyəri 59,67 milyon dollar olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər