9 C
Baku
Thursday, December 12, 2024

“Bitcoin”də kapital itkisindəki rəqəm $100 milyarda çatdı

Dünya rəqəmsal birjalarında ötən həftəni sonlarını əla performans göstərən “Bitcoin” bu həftə sonu kəskin ucuzlaşır. Azalma bazar kapitalizasyasında da kəskin eniş özünü göstərməkdədir.

Banker.az Coinmarketcap-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30 radələrində “Bitcoin” məzənnəsi 17%-dən çox uculaşaraq $14,207.20 səviyyəsində müəyyən olunub. Bu tendensiya həftənin ilk günlərindən bəri davam etməkdədir. Ötən həftənin son günündə 20 min dollarla tarixi rekordundan sonra 6 min dollar (10 min AZN-dən çox) ucuzlaşaraq 11 dekabr tarixinə olan məzənnəsinə enib. Bu isə o deməkdir ki, həftə başlanğıcında “Bitcoin” alan hər bir azərbaycanlı həftə sonunda 10 000 manatdan çox put itirib.

Hazırda kapitalizasiyası 238 mlrd dollardır ki, bu da 5 iş günü ərzində 98 mlrd dollar azalma deməkdir.

“Bitcoin” məzənnəsindəki kəskin azalma ilk deyilk. Belə ki, ötən noyabrda daha kəskin, yəni, $7,888-dan 30% ucuzlaşara $5,555-ə enmişdi. Məhz bu enişdən sonra məzənnə 4 dəfəyə yaxın qalxaraq 1 ay ərzində 20 min dollar olmuşdu.

Kapitalizasiyasına görə 10-luqda olan digər 9 kriptovalyutadan 8-də kəskin eniş var. Onlardan yalnız Ripple 25% bahalaşaraq $1.23 olub.

# Adı Bazar kapitalı Qiymət Həcmi (24 saat ərzində) Dəyişmə (24 saat ərzində)
1 Bitcoin $238,058,499,946 $14,207.20 $17,127,000,000 -17.24%
2 Ethereum $68,980,136,140 $714.88 $3,664,330,000 -18.10%
3 Ripple $47,771,951,251 $1.23 $4,846,150,000 25.00%
4 Bitcoin Cash $44,403,285,287 $2,632.23 $3,531,030,000 -27.72%
5 Litecoin $14,904,168,021 $273.90 $1,783,080,000 -17.50%
6 Cardano $11,008,400,807 $0.424591 $132,903,000 -15.25%
7 IOTA $10,610,634,493 $3.82 $361,073,000 -27.62%
8 Dash $8,846,430,701 $1,138.87 $374,089,000 -27.84%
9 NEM $8,014,463,999 $0.890496 $126,249,000 -10.01%
10 Bitcoin Gold $5,719,272,648 $342.06 $335,987,000 -22.79%

 

Son xəbərlər
Digər xəbərlər