Dövriyyədə olan bitcoinlərin ümumi dəyəri artıq 14 milyard dollara çatıb. Bu rəqəmsal valyuta üçün yeni rekorddur.
Belə ki, keçən həftə rəqəmsal valyutanın dəyəri 10% artdı və son 3 il ərzində ən yüksək göstəriciyə nail oldu. Bitstamp Avropa mübadilə nöqtəsində 1 Bitcoin 875 dollar səviyyəsində hərracda iştirak edir. Qeyd edək ki, ilin əvvəlində kriptovalyuta 435 dollar olaraq qiymətləndirilirdi.
Bu kriptovalyuta ilə həyata keçirilən müqavilələrin əksəriyyətinin məhz Çində baş tutması fonunda rəqəmsal valyutanın qiymətinin artmasına səbəb çin yuanının məzənnəsinin enməsi oldu.
Lakin Bitcoin 2013-cü ildə Bitstamp birjasında nail olduğu maksimum 1163 dollar göstəricisindən hələ çox uzaqdadır.