“Bitcoin”in dəyəri tarixdə ilk dəfə 64 min dollar həddini keçib. “CoinDesk” portalının verdiyi məlumata görə, gün ərzində kriptovalyutanın ən yüksək qiyməti 64 627 dollar olub.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bloomberg” rəqəmsal sikkənin bahalaşmasını ABŞ-ın ən böyük kriptovalyuta birjası “Coinbase”in səhmlərin kütləvi təklifi ərəfəsində baş verdiyini qeyd edir. Xatırladaq ki, IPO-nun bu gün – 14 aprel tarixində keçirilməsi planlaşdırılır.