18 C
Baku
Thursday, April 25, 2024

Bitkoin 5% ucuzlaşıb

Ən geniş yayılan kriptovalyuta olan bitkoin yanvar ayının əvvəlindən bu yana ən yüksək həddə bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb.

Bunu “CoinDesk”in Bakı vaxtı ilə saat 16:09-a olan məlumatlar göstərir.

Bitkoin ticarət sessiyası zamanı 5%-ə qədər ucuzlaşaraq 38 908 min ABŞ dolları səviyyəsinə düşüb.

Bitkoin sistemdə iştirak edən hər bir istifadəçinin əldə edə biləcəyi blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Bunu etmək üçün sistemin yeni bloklarını yaratmalısınız.

Sistemin konsepsiyası 2008-ci ilin noyabrında onun müəllifi (bəlkə də müəlliflər qrupu) tərəfindən Satosi Nakamoto təxəllüsü ilə yayımlanıb, lakin bitkoin yalnız son illərdə populyarlığının zirvə nöqtəsinə çatıb. Bitkoinlərin emissiyası təbii olaraq məhduddur və hazırda bitkoinlərin çoxu artıq “hasil olunub”.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər