Kriptobirjalardakı göstəricilərdə artım müşahidə edilir.
Banker.az xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası Bitkoin (BTC) artıq özünə 40 min dolların üzərində lövbər salıb.
Bakı vaxtı ilə 09:30 radələrinə $44 386 təşkil edib. Bu da günlük 3.74%, həftəlik isə 15.04% bahalaşma və 2021-ci ilin ilk iş günlərindən bu tərəfə düşdüyü enişlərdən sonra ən yüksək göstəricilər deməkdir.
Digər altcoin–lərdə də artımlar var. Məsələn, Etherium-un (ETH) qiyməti günlük 2.49%, həftəlik isə 15.52% artımla $3 168.65 səviyyəsinə çatıb.
Hazırda kriptovalyutalar da ənənəvi birjalara sanki reaksiya verir. Ötən həftənin son iş günündə ABŞ-da məşğulluqla bağlı göstəricilərin gözləniləndən daha yaxşı olmasından sonra bitkoin və “altcoin”lərdə bahalaşma başladı.