26 C
Baku
Wednesday, April 24, 2024

Bitkoinin ucuzlaşmasında Qazaxıstan faktoru – Növbəti gözləntilər nədir?

Bitkoin və digər TOP kriptovalyutalar 6 yanvar tarixinə ucuzlaşıb.

Bitkoinin qiyməti $42 600-dən aşağı düşməklə, sentyabr ayının son iş günündən bu tərəfə ən minimal göstərici nümayiş etdirdi. Kriptobirjalardakə göstəriciyə görə, bitkoinin qiyməti hətta $42 481 səiyyəsinə qədər eniş edib. Bu da son 24 saat ərzində 7-9% arasında qiymət itkisi deməkdir.

Top kriptovalyutalardan digərlərinin qiyməti də düşüb. İkinci ən böyük bazar dəyərinə malik olan Etherium 12%-ə qədər ucuzlaşmaqla $3 306-ya, Salone isə 15% ətrafında ucuzlaşmaqla $149.3-ə qədər ucuzlaşma yaşayıb.

ABŞ-da inflyasiyanın artımı ilə gələn xəbərlər fonunda mərkəzi bank rolunu oynayan Federal Ehtiyatlar Sistemi uçot faiz dərəcəsinin artımına gedəcəyi ilə gözləntilər artıb. Bəzi ticarətçilər hətta requlyatorunun son çıxışlarında onu anlayıblar ki, artıq faiz artımı üçün siqnallar verilib. Bu arada ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.7%-ə yüksəlib.

Kriptovalyuta üzrə yerli ekspert Elnur Quliyev deyir ki, kriptovalyuta bazarında hazırda qiymətlərin enməsinə təsir edən iki əsas fundamental faktor var.

E.Quliyev fundamental faktor bunları sayır:

1-ci. FED-in faiz dərəcələrinin artılıması ilə bağlı xəbərlər. Kriptovalyuta bazarında qiymətlərin kəskin enməsi FED-in son iclasının protokollarının dərcindən sonra fond birjalarında başlayan narahatlığı ilə bağlıdır. ABŞ-da inflyasiyanın kəskin artması tənzimləyicini maliyyə-kredit siyasətini sərtləşdirməyə məcbur edir və bu səbəbdən FED-in cari ilin mart ayında uçot dərəcəsini artırmağı planlaşdırması xəbələri yayıldı. Uçot dərəcəsinin artırılmasından sonra böyük ehtimal ki, FED balansdakı aktivlərin həcmini azaltmağa başlayacaq. Ənənəvi bazarlar FED-in açıqlamasına mənfi reaksiya verdi. S&P 500 (SPX) 2%, Nasdaq Composite (IXIC) 3.34%, Dow Jones (DJI) isə 1.07% ucuzlaşdı. Uçot dərəcəsinin artırılacağı ilə bağlı xəbərlərin yayılması bitkoin qiymətinin kəskin enməsi ilə eyni vaxta “təsadüf” etdi.

2-ci. Qazaxıstandakı kütləvi etirazlar. Bitkoin-in dəyər itiriməsində əsas rolu həmçinin Qazaxıstanda enerji böhranı fonunda qaz qiymətlərinin artması səbəb oldu. Bu artım ölkədə kütləvi etirazlara nəticələndi, hökümət istefaya göndərildi və prezident administrasiyası iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan etdi. Yanvarın 5-i ölkə daxilində internetə çıxışın kəsilməsi ilə yerli maynerlər bitkoin hasilatını dayandırmağa məcbur olublar. Nəticədə, bir çox iri mayininq pullar (1THash, OKExPool, KuCoinPool) üzrə heshreytinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müşahidə olundu. Kembric Universitetinin “Alternativ Maliyyə Mərkəzi”-nin tədqiqatçılarının hesablamalarına əsasən, bitkoin şəbəkəsinin qlobal heshreytinin 18%-i Qazaxıstanın payına düşür. 2020-ci ildə Çin hakimiyyəti ölkədə bitkoin mayninqinə qadağa qoydu və iri maynerlər öz avadanlıqlarını Qazaxıstan da daxil olmaqla digər ölkələrə köçürməyə məcbur olmuşdu.

Azərbaycanda fəaliyyət göstərən daha bir kriptovalyuta bazarı üzrə araşdırmaçı, anakitik Nizami Qorçubəy deyir ki, noyabr ayındaki Bitkoin zəfiləməsini fundamental olaraq açıqlamaq çox çətindir. Yalnız texniki olaraq bunu əvvəlcədən bəzi indikatorlara görə təyin edib bildirmişdimm. Son düşmənin səbəbi isə həm fundamental olaraq həm də texniki olaraq bəllidir.

“Mən daha çox texniki analitik olduğum üçün, bitkoinin noyabr düşməsindən sonra 52-56 min hədəflərinə kimi bahalaşacağını təxmin etmişdim.

Ancaq bitkoin 52 min hədəfinə kimi bahalaşa bildi. Daha sonra həm FED xəbərləri həm də son olay Qazaxıstan olayı bitkoinin 46 min dəstək həddini qırmağa vadar etdi”.

Banker.az-ın sualını cavablandıran N.Qorçubəy bitkoinin ucuzlaşmasında fundamental da əlbəttə təsiri varlığına işarə edir.

Nizami Qorçubəy deyir ki, çox adam Qazaxıstan olaylarını ciddiyə almırdı. “Yalnız bitkoin aprel-may aylarında olan düşməsinin səbəbi Çinin kriptovalyutalara qoyduğu ban olmuşdur, daha sonra oradakı mədənçilər daha yaxın və qənaətli yer axtarışına çıxdılar. Buna kimi ən yaxşı variant Qazaxıstanı tapdılar və bir çoxu Çindən Qazaxıstana köçdü. Dünənki olaylar isə Qazaxıstanda enerjinin ikiqat bahalaşması həm də bitkoin maynerlərinə sərf etmirdi”.

Həm bu səbəb həm də insanların müxtəlif növ iğtişaşlarından sonra Qazaxıstanda elektrik enerjisi və internet kəsildi bu kimi olaylardan sonra isə bitkoinin hashrate-ini azaltdı. Qazaxıstan, cointelegrapha görə dünyada ikinci ən böyük bitkoin mədənçilik ölkəsidir. Təqribən bitkoin maynerliyin 18.4% i Qazaxıstanın payına düşür”.

Əlbəttə Bitkoin düşdükdən sonra bilirsizki bütün altkoinlər də bitkoinə bağlı olduğu üçün 99% altcoinlər də ucuzlaşdı.

Bundan sonra vəziyyət necə olacaq?

Elnur Quliyev Banker.az-a açıqlamasında hesab edir ki, bu vəziyyətdə bitkoin üçün ən aşağı qiymət həddi 39.7 – 40.9 min dollar, yuxarı hədd diapozonu isə 45.3-46.1 min dollar olacaq.

“Mart ayından sonra isə növbəti “bitkoin ralli” müşahidə edəcəyik”.

Texniki olaraq isə Nizami Qorçubəy bitkoinin 33-35 min koridoruna düşə biləcəyinə təxmin edir.

“Yalnız bundan sonra güc yığıb yenidən zirvələrə gedə bilər. Ancaq təbii ki fundamental faktorlarda təsir etməlidir. FED-in faiz dərəcəsini artırması il ərzində baş verə bilər. Bu da bitkoinə mənfi təsir etməlidir.

Bundan əlavə koronavirusun yeni növ ştamı Omikron yaxın üç ayda birjaları silkələyə bilər. Bu silkələmə bitkoinə də təsir etməlidir. Keçən səfər COVID-19 təsiri bitkoinə mənfi təsir etsə də, yalnız bundan sonra Bitkoin rallisi başlamışdır”- deyə Nizami Qoruçubəy deyib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər