Niyə görə o məhz sizdə keçmir?
Belə, əgər siz son üç ayda özünüzdə aşağıdakıları hiss edirsiniz:
-səbəbsiz yorğunluq, diqqət cəmləməyin mümkün qeyri mümkünlüyü;
– yaddaşın pisləşməsi;
-adi şeylərə əsəbiləşmək və hər şeydən qıcıqlanmaq;
-yuxuya getmək ilə bağlı problemlər;
-tez-tez baş ağrıları;
-seksual meylliyinin azalması.
1. Son aylar ərzində siz bir neçə dəfə ağır xəstələnmiş, qripə yoluxmuş və dodaqlarınızda uçuqlar əmələ gəlmişdir?
İmmun tədqiqatçılarının araşdırmaları göstərir ki, xroniki yorğunluq sindromu (XYS) 50% halda əsasən herpes virusları tərəfindən törədilir (həmçinin məşhur Epşteyn-barr virusu). Herpes virusları orqanizmdə yatmış vəziyyətdə mövcud olur (onların «yuvası» onurğa beyninin sinir düyünlərində yerləşir) və onun normal fəaliyyətinə əngəl törətmir. Amma immunitet aşağı düşəndə (həmin kəskin yayılmış xəstəliklər və ya qripdən sonra) herpes virusları bir-dən birə canlanır və hücuma keçir.
Nə etməli?
Ümumi qan analizi və virusların yoxlanması üçün qan analizi vermək lazımdır. Əgər virus ehtimalı özünü doğruldarsa onda immuniteti gücləndirəcək vasitələrə ehtiyac olacaq, bu sırada antivirus preparatlarını, polivitaminləri və emosional fonun stabilləşməsi üçün stress əleyhinə vasitələri qeyd etmək olar.
Daha asan desək isə, herpes viruslarının tamamı ilə məhv etmək, onlardan yaxa qurtarmaq mümkün deyil, bizim əsas məqsədimiz onun yenidən sinir cəngəlliklərinə geri qaytarmaq, bir növ yenidən «yuxuya» göndərməkdən ibarətdir.
2. Yorğunluq fiziki yüklənmə, taqətsizlik, havanın dəyişməsi ilə bağlıdır, sizin tez-tez başınız fırlanır, təzyiqiniz qeyri stabildir, ürək döyüntüsü, tez-tez tərləmə, təngnəfəslik, hava çatışmazlığı hissləri müşahidə olunurmu?
Çox güman ki, sizin probleminiz qan damarlarında gizlənib. Mümkün variantlar: qan dövranın (təzyiqinin) pozulması, hipo və ya hipertoniya, işemiyanın ilkin forması (ürək və ya baş beyinin damarları).
Nə etməli?
Yaxşıca damarlar sisteminin müayinəsindən keçmək, EKQ (elektrokardioqrama) etmək tövsiyə olunur (məsləhətdir ki, holter monitorinqindən yararlanasınız-bu xüsusi qurğu ürəyin bir-neçə gün ərzindəki fəaliyyətini göstərir), EXO-kardioqrafiya (ya da ürəyini ultra səs müayinəsinin edilməsi).
3. Siz o qədər fiziki yorğunluq hiss etmirsiniz, nəinki zehni, mənəvi yorğunluq. Sizin əhvalınız qəfil deyişir, qara fikirlər sizə güc gəlir, bir dən-birə sizə elə gəlir ki, heç kəsə lazım deyilsiniz, özünüzü yararsız, tənha hesab edirsiniz, hər şeydən zəhləniz gedir?
Xroniki yorğunluq sindromunu demək olar ki, həmişə asteniya (qüvvələrin tükənməsi) və apatiya (köməksizlik) depressiyaları müşayiət edir.
Nə etmək olar?
Psixoterapevtə müraciət etməkdən çəkinməyin, əgər vaxtında yardım göstərilməsə bu vəziyyət getdikcə daha da pisləşə və kəskin hal ala bilər. Xüsusi testlər və həkim ilə söhbət sizə aydınlaşdırmağa imkan verəcək ki, sizin depressiyanız hər hansı bir xarici (hər hansı xoşa gəlməz hadisədən sonra) və daxili mexanizmin pozulması səbəbində yaranıb. Ən yaxşı, savadlı müalicə forması kompleks tədbirlərin həyata keçirilməsidir: psixoterapiya, stimulyatorlar, üstəgəl antidepressantlar və neuroleptiklər (mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərən dərmanlar).
4. Təsadüfən son günlər ərzində ağır, sərt bir pəhriz riayət etmək ilə, ya orqanizmin ac qalmaq və qanın yuyulması vasitəsi təmizlənməsini həyata keçirməmisiniz ki?
Çox böyük ehtimal var ki, siz bu hala düşməyinizə özünüz səbəbkarsınız. Indi sizdə pəhriz depressiyası müşahidə olunur ki, bu da maddələr və hormonal mübadilənin pozulması nəticəsində yaranmışdır. Orqanizmin təmizlənməsi düzgün həyata keçirilməyəndə, bu onun toksik maddələr ilə zəhərlənməsinə aparıb çıxarır ki, yekunda orqanizmdə yorğunluq və taqətsizlik, ölgünlük halları baş qaldırır.
Nə etməli?
Öz dərdinizi endokrinoloq və ya diyetoloqa etiraf edin. Hormonal test və lipid profilinin analizini vermək lazımdır. Sağalmaq üçün normal qidalanma tələb olunur, bəzən isə müalicə kursu keçmək mütləqdir. Həmçinin bağırsaqların mikroflorasını bərpa etmək üçün dərman preparatlarından da istifadə etmək zəruridir.
5. Bir aydan çoxdur ki, özünüzdə hərarət hiss edirsiniz, sizə elə gəlir ki, qoltuq altında limfa düyünlərinin sayı artıb (daha çox tərləmə olur), dəriniz solğunlaşıb, hətta cüzi fiziki təzyiq altında özünüzü taqətsiz, ölgün hiss edirsiniz. Ola bilsin ki, son altı ay ərzində siz çox ağır cərrahi əməliyyat keçirmiş, antibiotik və ya digər ağır, əks təsirli dərmanlar ilə müalicə olunmusunuz?
Bu ümumi immunitetin aşağı düşməsinin göstərən əlamətlərdir, bunun səbəbi hormonal pozğunluq, infeksiyanın və ya şiş əmələ gəlmə prosesinin fəsadları ola bilər.
Nə etməli?
İmmun mütəxəssisləri tərəfindən yaxşıca müayinədən keçmək lazımdır. Qadınlar yaxşı olar ki, ilk növbədə döş həkimlərinə, ginekoloqlara müraciət etsin, kişilərə isə PSA (Xüsusi prastat antigeninin analizini vermələri tövsiyə olunur, bu analiz prastat vəzilərində hər şeyin qaydasında olduğunu bilmək üçün çox əhəmiyyətlidir.
6. Qalxanvarı vəz ilə bağlı problem?
Xüsusi ilə 35-40 yaşlı xanımlarda bu problemə daha sıx-sıx təsadüf olunur. Tezdən zəiflik hiss edirsən, axşama yaxınlaşanda isə, səni sinəndən və ya boğazından kiminsə sıxdığını hiss edirsən. Durduğun yerdə əhvalın, heç bir səbəb olmadan dəyişir. qıcıqlanırsan, hətta səbəbsiz yerə göz yaşı da axıtmağa başlayırsan. Əlin heç nəyə yatmır, nə etmək istəyirsənsə boşa çıxır. Adama elə gəlir ki, sanki onu həddindən çox yükləyiblər, amma əslində o başa düşür ki, günlər adi qaydada keçir və onun bugünkü yükü heç də əvvəlkindən ağır deyil. Çünki bu işlər əvvəllər heç də ona qeyri adi dərəcədə çətin gəlməyib.
Nə etməli?
Endokrinoloqa müraciət etmək, qalxanvarı vəzin yoxlanması üçün analiz verməyə dəyər, ümumiyyətlə hər tərəfli hormon müayinəsindən keçmək yaxşı olardı. Belə simptomlar hipertireoza (qalxan varı vəzin miqdarının artması və hormonların daha çox ifraz olunması) həmçinin də hipotireoza (qalxan varı vəzin funksiyaların azalması) səbəb ola bilər.
7. Siz demək olar ki, bütün günü informasiya seytnotunda (şahmat oyununda: fikirləşmək üçün vaxtın olmaması) olursunuz. Adama elə gəlir ki, yüklər bir birinin üstünə elə gəlir ki, elə bir qar üstünə qar yığılır. Siz gecə yatırsınız, amma tam yuxunuzu ala bilmirsiniz.
Ola bilsin ki, siz həqiqətən də həyatdan deyil, dəlicəsinə davam edən gündəlik ritmdən yorulmusunuz. Qərb mütəxəssisləri bunu «elektron yorğunluğu» adlandırır. Axı ətrafda həddindən çox informasiya, texnoloji yeniliklər və maqnit sahələri vardır.
Nə etməli?
Bu məhz o vaxtdır ki, bu zaman mühitin, ortamın dəyişməsi yaxşı təsir göstərir. Həkimlərdə hətta «məcburi istirahət» deyilən bir termin, anlayış da vardır. Relaksasiya metodlarını mənimsəyin. Hər gün bir az dincəlməyi öyrənin, sadəcə bir ilin istirahətini bir həftəyə bir il qabaqdan çıxarmağa çalışmayın.
Elektron yorğunluq zamanı ən yaxşı effektiv vasitə şərq təbabəti, iynə-terapiyadır. Bura masaj, yoqa, spa-proseduraları və bütün relaksasiya tədbirlərinin cəmini də əlavə etmək olar. Yaddan çıxarmayın ki, gecələr televizor, kompüter və telefonları söndürmək lazımdır. Bu dincəlmək vaxtıdır. Xəbərlərdən isə sabah da agah olmağa vaxtınız olacaq.