15 C
Baku
Friday, April 26, 2024

“Biz robot deyilik”: gününüz çətinliklərlə doludursa, nə etmək lazımdır

Bəzən elə günlər olur ki, bir pis hadisənin ardınca başqa biri baş verir. Məsələn, birinci yüzlərlə dollarlıq çek alırsınız, sonra isə ehtiyatsızlıq ucbatından yanınızda park etmiş avtomobili cızırsınız. Bir müddət keçəndən sonra uşaq bağçasından zəng gəlir və övladınızın özünü pis apardığını öyrənirsiniz. Artıq sizə elə gəlir ki, problemlərə tab gətirməyə gücünüz yoxdur.

Bu, hamının başına gəlib. Lakin biz çətin günlərdə də işlərimizi davam etdirmək məcburiyyətindəyik. Bu səbəbdən sizinlə xoşagəlməz hadisələrin öhdəsindən gəlməyə kömək edən metodlarımızı bölüşmək istəyirik. Əgər onlardan istifadə etsəniz, istənilən həyati çətinliyin öhdəsindən gəlməyə gücünüz olacaq.

Bütün diqqətinizi düzgün vərdişlərə yönəldin

Tapşırıqlar siyahısından ilk növbədə sizə tanış olan vəzifələri seçin. Məsələn, illərdir məşğul olduğunuz e-mail göndərmə işini.  Niyə bu kömək edir? Tanış olduğumuz tapşırıqlar əzələ yaddaşının köməyi ilə demək olar ki, avtomatik olaraq yerinə yetirilir.

Bütün addımlar o qədər cilalanıb ki, bütün diqqətiniz orada olur. Bundan əlavə, bu cür işlər müqayisədə daha az vaxt alır və əldə edilmiş nəticəyə görə məmnunluq hissini bəxş edir.

Dəfələrlə təxirə saldığınız tapşırığı yerinə yetirin

Bu məsləhət əvvəlkinə zidd olsa da, çox effektivdir – sadəcə başlayın. Əgər iş günü ərzində bəzi tapşırıqlara vaxt tapa bilmirsinizsə, asudə vaxtı isə həvəsiniz yoxdursa, onları effektivliyiniz aşağı olduğu müddətdə yerinə yetirin. İndiyə qədər çəkindiyiniz bir şeyi etməklə, özünüzü bütün işlərinə nəzarət etməyi bacaran bir peşəkar kimi hiss edəcəksiniz.

Eyni zamanda əvvəllər cəhd etmədiyiniz işə əl ata bilərsiniz: məsələn, şəxsən tanış olmadığınız, lakin əməyinə hörmət etdiyiniz həmkarınızla gücə gəlmək. Daha bir variant – yaradıcılıq və ilham tələb edən bir şey

etməkdir. Bir qayda olaraq, özünə güvənə bilmədiyini hiss edən insan ancaq neqativ hadisələrə köklənir. Əgər fikirlərinizə və bacarıqlarınıza arxayın olduğunuz kimi davransanız, mənfi hisslər geri çəkiləcək və bu dairəni qırmış olacaqsınız.

Tapşırığın yarısını yerinə yetirin

Məhsuldar iş əhval-ruhiyyənizi yüksəldə bilər. Bəzən klinik depressiyada olan insanlara belə bütün diqqəti işə yönəltmək tövsiyə olunur. Bu, effektiv metod olsa da, bəzən yersiz görünür. Məsələn, emosional zərbələr sizi o qədər sarsıdıb ki, narahatlığın öhdəsindən gəlməyə gücünüz qalmır. Bu halda özünüzə istirahət etmək üçün vaxt verin.

Kompromis kimi sizə tapşırığın yarısını yerinə yetirməyi təklif edirik (və ya üçdə iksini). Əgər ehtiyac olarsa, ruhi tarazlığınızı bərpa etmək üçün fasilə edin.

Digər insanlarla ünsiyyət qurun

Tənhalıq hissi stressi gücləndirir, məhsuldarlığı isə əksinə, aşağı salır. İş yoldaşlarınızın gözündə zəif görünməkdən çəkinməyin, problemlərinizi başqa insanlarla bölüşün. Bu, ətrafınızdakı insanlara nəyə görə əvvəlkindən daha az enerjili olduğunuzu başa düşməyə kömək edəcək.

Mütləq deyil ki, “dərdinizi” bölüşdüyünüz insanla qohumluq əlaqələriniz olsun. Təcrübə onu göstərir ki, çevrənizə daxil olmayan insanlardan aldığımız diqqət daha böyük məmnunluq gətirir, çünki gözlənilməz olur.

Lakin diqqətli olun: hər insana etibar etmək olmaz.

Neqativ emosiyalardan qorxmayın

Mürəkkəb duyğuların məhsuldarlığınızı korlayacağını düşünməyin. Əslində qeyri-müəyyənlik şəraitində iş sığınacağa çevrilə bilər. Məsələn, kədər məhsuldarlığın artmasına, qəzəb isə daha qətiyyətli olmağa kömək edir. Buna baxmayaraq, narahatlıq haqqında eyni şeyi söyləmək olmaz.

Biz robot deyilik və heç kim bizdən mükəmməl olmağı tələb etmir. Mürəkkəb emosiyaların işinizə mənfi təsir göstərəcəyini düşünməyin. Əsas odur ki, bu duyğulardan konstruktiv şəkildə istifadə etməyi bacarasınız.

Çox vaxt özümüzü narahat hiss etdikdə, tək istəyimiz bütün günü İnternetdə oturmaq və ya ümumiyyətlə heç nə etməmək olur. Bu, yanlış seçimdir. Çalışın iş və istirahət arasındakı balansı qoruyasınız.

Müəllif haqqında

Elis Boyes (Alice Boyes) klinik psixoloqdur, “Sağlam zehin üçün alətlər toplusu” və “Narahatlığın öhdəsindən gəlmək üçün alətlər toplusu” kitablarının müəllifidir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər