1 yanvar 2020-ci il tarixinə əsasən Azərbaycanda ən böyük biznes krediti olan bankların TOP3-lüyü milyardlıq portfellə tamamlanıb. Ötən il olduğu kimi, bu il də ölkənin ən böyük biznes prortfeli “PAŞA Bank” ASC-dir. Bu bankın biznes kreditləri üzrə portfeli 1 milyard 588,74 milyon manatdır.
İkinci ən böyük bank kimi bu dəfə ölkənin sistitem əhəmiyyətli dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-dir. Hazırda bu bankın biznes müştərilərinə verdiyi kreditin həcmi 1 milyard 251,18 milyon manatdır.
3-cü sırada ASC “Xalq” bankı durur ki, bu kateqoriya üzrə kreditin həcmi 1 milyard 151,88 milyon manatdır.
Maraqlı məqam kredit portfelinin həcmi üzrə 3-cü yer ilə 4-cü yer arasındakı az qala 2 dəfədən çox fərq və bunun ötən illə müqayisədə bir qədər də böyüməsidir. Belə ki, 4-cü pillədə olan “Premium Bank” ASC-nin portfelin həcmi 553,91 milyon manatdır.
Banker.az həmin bankların siyahısın təqdim edirik: