10 C
Baku
Friday, December 13, 2024

Biznes kreditini Unibankdan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin!

Unibank biznes sahiblərinə çox aşağı faizlə kredit təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı çox sərfəli faizli biznes kreditləri ölkəmizdə biznesin inkişafına daha bir dəstəkdir. Həm hüquqi, həm də fiziki şəxs olan iş adamları üçün ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.

 

“Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev hesab edir ki, mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır: “ Çox sərfəli faizlə verilən bu kreditlər biznesə böyük dəstəkdir. Məsələn, sahibkar bankdan 16%-lə kredit götürübsə, kreditin illik faiz məbləğinin 10%-ni İpoteka və Kredit Zəmanət Fondu ödəyir, qalan 6%-ni isə müştəri ödəyir. Kreditin biznes sahəsindən asılı olaraq daha uzun müddətə (7 ilədək) və manatla verilməsi biznes sahibləri üçün əlavə bir üstünlükdür. VÖEN sahibi olan hər sahibkar bu kredit məhsulu üçün müraciət edə bilər. Unibank olaraq bundan sonra da biznesin inkişafına öz dəstəyimizi verməkdə davam edəcəyik”. 

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

  • Sərfəli tariflər;
  • Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
  • Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
  • Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
  • Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
  • Sənəd dövriyyəsinin minimuma endirilməsi;
  • Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
  • Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Son xəbərlər
Digər xəbərlər