6 C
Baku
Sunday, December 15, 2024

Biznes kreditləri şöbəsinin müdiri (NBCBank)

TƏLƏBLƏR:

– Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, iqtisadiyyat üzrə)
– Bank sektorunda bu sahə üzrə 2 ildən çox iş təcrübəsi
– Azərbaycan Respublikasının Bank qanunvericiliyi, Azərbaycan Respublikasının Milli Bankının normativ aktları barədə məlumatlılıq.
– Məntiqi təfəkkürə, idarə etmə, təşkilatçılıq, insanlarla ünsiyyət qurma bacarığına malik olma.
– Kompüter biliklərinə malik olmalı (Ofis və dizayn proqramları)
– Strateji təhlil və proqnozlaşdırma qabiliyyətinə malik olma.
– Azərbaycan və rus dillərində səlist danışıq və yazışma bacarığı.

İŞÇININ VƏZIFƏSI:

1.Bankın biznes kreditləri şöbəsinin rəhbəri olaraq həmin şöbənin işinin təşkili, Kredit Siyasətinin, Kredit Texnologiyasının və Bankın Kredit Prosedurlarının tətbiqi və bunların həyata keçirilməsinə nəzarət,  Bankın biznes kreditləri üzrə qüvvədə olan prosedur qaydalarının icrasına nəzarət, biznes kreditləri şöbəsinin inkişaf planlarının işlənib hazırlanması və onların icrasına nəzarət, biznes kreditləri ilə əlaqədar olan bütün filiallararası münasibətlərin idarə edilməsi və onlara nəzarət, şöbənin işçi heyətinin inkişafının idarə edilməsi və buna nəzarət prossesinin həyata keçirilməsi.

2. Banka perspektiv müştəriləri cəlb etməklə бiznes kredit portfelinin kəmiyyət və keyfiyyət artımına nail olunması.

3. Biznes kreditlərinin monitorinqi və gecikdirilmiş kreditlərin qaytarılması prosesinin təşkili.

4. Biznes kreditləri üzrə əməliyyatların hazırlanması, qeydiyyatının aparılması və kredit müqaviləsi üzrə müştərilərin  proqrama düzgün daxil edılməsinə nəzarət edilməsi.

5. Kreditə  olan təlabatın təmin olunması məqsədilə müştərilərlə danışıqların aparılması, mümkün maksimal işlərin əldə edilməsi və kreditin qaytarılmasının təmin edilməsi məqsədilə düzgün kreditləşma sxeminin seçilməsi.

6. Müştərinin kreditin verilmə şərtləri və qaydaları ilə, həmçinin Bankın hüquqi və fiziki şəxslərə qarşı olan tələbləri ilə tanış edilməsi.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: [email protected]

Telefon (012) 566 46 46 ;    932  218

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.