13 C
Baku
Friday, April 26, 2024

Biznes kreditləri üzrə risk dərəcəsi aşağı düşür

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib ki, bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-na 31,4 milyard manat olub. O bildirib ki, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. Müştərilərə verilən kreditlər 13 milyon 872 manat, o cümlədən biznes subyektlərinə 8 milyon 539 min manat təşkil edib. Likvid aktivlər 8 milyon 213 min manat, cəmi aktivlər 31 milyon 363 manat olub: “Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb”.

Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş “Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?” başlıqlı məqalədə bildirilir.

Kredit əlçatanlığına görə dünya birincisi

Sevindirici və qürurlandırıcı haldır ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər beynəlxalq müstəvidə də öz layiqli qiymətini alır, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki xüsusilə vurğulamaq lazımdır ki, Dünya Bankının son “Doing Business 2020” hesabatında kredit əlçatanlığı üzrə Azərbaycan 190 ölkə arasında bütün ölkələri geridə qoyaraq 1-ci yerdə qərarlaşıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” beynəlxalq reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən də təsdiqlənmiş və “BB+” reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.

Beləliklə, bu gün iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də bu bu istiqamət üzrə inkişafın başlıca maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni çağırışlar dayanır. Görünən də odur ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilən hüquqi-institusional islahatlar, atılan praktik addımlar həm bu sektorun inkişafını təşviq edir, həm də iqtisadiyyatın digər qollarını stimullaşdırır, eyni zamanda, cəmiyyətdə banklara olan etimadı möhkəmləndirir.

Bu etimad özünü rəqəmlərdə də göstərir – bu ilin oktyabrın 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 milyard 491,3 milyon manat təşkil edib. Cari ilin ötən ayında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 8 milyard 456,9 milyon manat olub ki, bu da son bir ayda əhalinin əmanətlərinin 34,3 milyon manat və ya 0,4 faiz artması deməkdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 8 milyard 114,9 milyon manat olub. Belə ki, illik müqayisədə bu il əmanətlərinin həcmi 376,4 milyon manat və ya 4,6 faiz artıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər