17 C
Baku
Wednesday, May 8, 2024

Biznes nədən başlayır: tarixdən əvvəlki 5 dövrü

Əfsanəyə çevrilmiş hər bir iri şirkətin özünün inkişaf tarixi vardır və bu tarixlərin hər biri sanki mifik bir hekayə ilə başlayır.

Tarixdən əvvəlki dövr təşkilatın necə inkişaf etdiyi, onun bugünkü günü haqqında hekayədir. Bu, veb-saytlarda öyünmək üçün nailiyyətlərin ardıcıllığı deyil. Tarixdən əvvəlki dövr daha əhəmiyyətli dövrdür. Orada personajların inkişaf etdikləri və maneələrin öhdəsindən gəldikləri, qalib və məğlub olduqları həqiqi, canlı personajları və inandırıcı süjetləri vardır. 

Tarixdən əvvəlki güclü dövr yaratmaq üçün siz hekayəyə beş əsas elementi daxil etməlisiniz:

Qəhrəmanlar: sizin tarixinizdə iştirak edən şəxslər kimlərdir, sizin müştəriləriniz şirkəti kiminlə assosiasiya edə bilərlər?

Sınaq: şirkət hansı əsas suala cavab verməlidir, hansı tələbatları ödəməlidir?

Görüntü: şirkət hansı nadir ideyaya yaxud prinsipə əsaslanır?

Münaqişə: sizin müvəffəqiyyətə doğru yolunuzda kim, yaxud nə qarşınızı alır?

Qələbə: siz münaqişənin öhdəsindən necə gəlirsiz?

Bu, yaxşı tarixin yaradılmasında tələb olunan əsas hissələrdir. Sizin şirkətin tarixini yaxud Hollivud blokbasteri üçün ssenari yazmağınız vacib deyil. Onlar universaldır.

Bu hekayələrin həyata keçirilməsi üçün praktiki olaraq hər bir kiçik biznesin əvvəlki tarixini təsvir etmək üçün 5 növ əsas süjet mövcuddur (bununla belə heç kim sizə süjetləri öz şəxsi fikrinizə görə quraşdırmağınız üçün qarşınızda qadağa qoymur).

1. Qatı entuziast

Moleskine, Storyville Coffee  ScotteVest kimi ideyaya tutulmuş insan onu müvəffəqiyyətli biznesə çevirir.

2. Coşqun ixtiraçı

Apple, Dyson Vacuums və Twitter kimi yorulmadan öz görüntüsünü rəhbər tutaraq daim nə isə yenilik yaradan ixtiraçı.

3. Ağıllı müşahidəçi

Yeni şirkət, Stacy’s Chips, Dell və Zappos kimi müştərilərin, partnyorların və digərlərinin rəyi əsasında yaradılır.

4. Tənha qəhrəman

İnsan, məsələn Kiva.org, Innocent Drinks, Tom’s Shoes kimi heç nəyə baxmayaraq, qarşısında qoyulan məqsədə sadiq olaraq öz ideyalarını həyata keçirir.

5. David və Qoliaf

Balaca şirkət yetkin, güclü rəqibinə qalib gəlir. Məsələn: Under Armour, Bugaboo Strollers, Southwest.

Şirkət üçün düzgün tarixdən əvvəlki dövrün yaradılması həddindən artıq qüvvə tələb etməyəcək, lakin düzgün istiqaməti təyin etmək üçün intizamı və yaradıcılığı birləşdirməyə hazır olun.

Sizə biznes üçün tarixlərinizin axtarışında uğurlar!

Son xəbərlər
 ⁠
Digər xəbərlər