ABŞ-ın “Forbes” jurnalı dünyada biznes aparmaq üçün ən əlverişli olan ölkələrin siyahısını açıqlayıb. Banker.az Modern.az saytına istinadən xəbər verir ki, jurnal reytinq cədvəlini hazırlayarkən 11 parametr – korrupsiya ilə mübarizə, şəxsi azadlıqlar, maliyyə-kredit sisteminin inkişafı, ticarət azadlığı, yüksək texnologiyaların inkişafı, şəxsi mülkiyyətin toxunulmazlığı, bürokratiyadan azadlığı nəzərə alıb.
“Forbes” jurnalı ardıcıl 6-cı ildir Danimarkanı dünyada biznes üçün ən əlverişli şəraiti olan ölkə elan edib. Azərbaycan 144 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Qonşu ölkələrdənErmənistan 66-cı, Qazaxıstan 57-ci, Türkiyə 54-cü, Gürcüstan 43-cü, Rusiya 81-ci vəİran 130-cu pillədə qərarlaşıb.
Modern.az biznes şəraiti ən əlverişli olan ölkələri təqdim edir.
- Danimarka
2. Yeni Zelandiya
3. Norveç
4. İrlandiya
5. İsveç
6. Finlandiya
7. Kanada
8. Sinqapur
9. Hollandiya
10. Böyük Britaniya
11. Honq Konq
12. İsveçrə
13. İslandiya
14. Avstraliya
15. Belçika
16. Portuqaliya
17. Litva
18. Almaniya
19. Estoniya
20. Sloveniya
21. Tayvan
22. ABŞ
23. Yaponiya
24. Lüksemburq
25. İsrail
138. Venesuela
139. Qambiya
140. Myanma
141. Haiti
142. Liviya
143. Qvineya
144. Çad