6 C
Baku
Saturday, December 14, 2024

Biznesdə HR mütəxəssisinin əhəmiyyəti

Müəllif: Qafqaz Universitetinin müəllimi Fəxri Ağayev

HR-ın şirkətdə rolu

14452 10151679203558649 1437300624 nİnsan Resursları Şöbəsinin fəaliyyəti düzgün təyin olunan şirkətdə, sağlam kollektiv ruhu, üstün korporativ mədəniyyət nəzərə çarpır, kollektiv və departamentlər arasında münaqişələr minimal olur. İnsanların motivasiyası yalnız maddi faktorlarda deyil, həmçinin daxili məsələlərdəki, onları təsvir etmək mümkün deyil, bunu hiss etmək lazımdır. HR strukturunun düzgün qurulması işəgötürənin pozitiv imicini yaradır, hansı ki öz növbəsində bazarın aparıcı kadrlarının bu şirkətə yönələcəyi zəmanətini verir. Ümumilikdə, şirkət bir orqanizm kimidir. İdeal nəticə əldə olunması üçün bütün orqanların düzgün çalışması mütləqdir. Hər bir orqanın öz rolu, təyinatı və funksiyaları var. Hər hansı orqanın çalışmaması bütün orqanizmdə problemlərlə nəticələnə bilər.

HR mütəxəssisin şirkətə cəlb olunması

Bir çox hallarda şirkətlər öz fəaliyyətini HR departamentə lazımi diqqəti yetirmədən başlayırlar. İlk növbədə bütün diqqət satış, reklam, marketinq və mühasibatlıq sahələrinə olur. Yalnız şirkət kifayət qədər inkişaf etdikdən, personal sayı artıqdan və kadrların idarə olunmasında problemlər yarandıqdan sonra savadlı və professional idarəçiliyə tələbat yaranır.

O zamana qədər şirkətdə müəyyən formal və qeyri-formal münasibətlər, təyin edilmiş yazılı və şifahi qaydalar mövcud olur. Şirkətə İnsan Resursları mütəxəssisi cəlb olunur və rəhbərlik çox xərc və vaxt sərf edilmədən bir möcüzə baş verəcəyinə ümid edir.

Bu hallarda HR mütəxəssisin işi müəyyən islahatlarvə dəyişikliklər etmək məqsədi daşıyır. Lakin bu tip islahatların keçirilməsi kollektiv tərəfindən birmənalı qarşılanmır. Belə hallarda rəhbərliyin və kollektivin HR-a dəstəyi çox önəmlidir. Əsasən kollektiv anlamalıdır ki, bu andan etibarən personalın effektivliyindən tutmuş, uzunmüddətli inkişaf sxeminə qədər, əsaslı dəyişikliklər baş verəcək.

Təəssüf ki, bəzən HR mütəxəssisin effektiv fəaliyyəti üçün lazım olam şərait təmin edilmir, lakin müəyyən müddət keçdikdən sonra yekun nəticə təyin edilir: “HR effektiv deyil, bu qərbdə effektiv ola bilər, bizim konsepsiya fərqlidir”.

İstənilən menecerin uğurlu fəaliyyəti ona təmin edilən şərait və imkanlar, verilən motivasiyadan və kollektivə təqdim olunmasından asılıdır. Ən çox təəssüf doğuran məqam odur ki, böyük səylə çalışaraq uzunmüddətli nəticələrə nail olmaq istədiyi halda HR mütəxəssisi bir anda Kadrlar Şöbəsinin funksiyalarını yerinə yetirdiyini aşkar edir.

Təəssüf ki, bir çox şirkətlərdə İnsan Resursları Şöbəsinin rəhbərinin strateji qərarların qəbul olunduğu kabinetə daxil olmasına icazə verilmir. Bu şöbənin fəaliyyəti qısamüddətli qərarların qəbul olunması, dövlət instansiyaları ilə əlaqə və iş qrafikinin təyini ilə məhdudlaşdırılır.

hr manager

HR-ın qarşılaşdığı problemlər

HR mütəxəssisinin şirkətdə qarşılaşdığı problemləri bir neçə kateqoriyaya qruplaşdırmaq olar:

  • Qısamüddətli nəticələrin gözlənilməsi;
  • HR-ın şirkətdəki əhəmiyyətinin başa düşülməməsi;
  • İnsan Resurslarının inkişafı üçün lazım olan xərclərin düzgün təyin olunmaması;

Biznesdə HR-a qarşı münasibətdə əsas problemlərdən biridə odur ki, bu sahəyə qoyulan vəsait, investisiya kimi deyil xərc kimi qiymətləndirilir. “İnvestisiya” sözünün “xərc” sözü ilə əvəzlənməsi bu sahəyə münasibəti tam olaraq dəyişir. Adi bir situasiyanı nəzərdən keçirək: bir şirkət, öz mağazalar şəbəkəsinə müştəri cəlb etmək üçün çox böyük reklam və marketinq vəsaitləri sərf eləyir. Reklam vasitəsi ilə cəlb edilmiş potensial müştərilər, mağazalar şəbəkəsinə üz tutaraq çox aşağı xidmət səviyyəsi, müştərilərlə əlaqədə yetərsiz motivasiya, heç də ürək açan olmayan şirkətdaxili atmosfer ilə qarşılaşırlar. Məhz bu halda şirkətdə professional HR mütəxəssisə tələbat yaranır.

HR-ın biznesin inkişafındakı mühüm rolu

Şəxsən mənim subyektiv fikrimdir ki,- İnsan Resursları Şöbəsinin rəhbəri əhəmiyyətinə görə şirkətdə ikinci şəxs olmalıdır. Peşəkar şirkət rəhbəri üçün İnsan Resursları Şöbəsi Satış, Marketinq və Maliyyə şöbələri qədər strateji önəm daşıyır.

Şirkət rəhbərləri və sahibkarları unutmamalıdırlar ki, HR-a yatırılan investisiya şirkətin uzunmüddətli inkişafı, müştərilərlə əlaqələrin yaxşılaşdırılması və loyallığının artırılması, həmçinin şirkətdaxili kollektiv ruhunun möhkəmləndirilməsi yolunda mühüm rol oynayır. Məhz bu faktorlar şirkətin möhkəm təməlinin əsasını təşkil edir.

Xülasə

Satış sahəsində aparıcı mütəxəssis hesab etdiyim, Türkiyədən olan yaxın bir dostum, sonuncu səfərim zamanı mənə çox maraqlı bir məsələ haqda danışdı. Türkiyənin aparıcı mağaza şəbəkələrinin birindən satış koordinatoru vəzifəsinə təklif alandan sonra, ölkə daxilində böyük bir tur edərək şirkətin bütün mağazalarını nəzərdən keçirib, şirkət rəhbərlərindən tutmuş sıravi personala qədər hər bir işçi ilə şəxsən maraqlanıb, şirkət sahibkarları ilə görüşüb.

Bu mütəxəssisdən gözləntilər çox böyük idi: şirkətin satış həcminin, ümumi xidmət səviyyəsinin və müştərilərin loyallığının artırılması. Mütəxəssisin şirkət sahibinin tələblərinə cavabı qısa və lakonik oldu: İlk növbədə şirkətə güclü HR mütəxəssis lazımdır. Yalnız onunla sıx əməkdaşlıq nəticəsində uğurlu nəticə əldə etmək mümkündür. Yəni ki, peşəkar satış meneceri anlayır ki, satışın uzunmüddətli və stabil artımını təmin etmək üçün İnsan Resursları Şöbəsinin professional fəaliyyəti mütləqdir.

Şəxsən mənim fikrimdir ki, HR-ın varlığı, onun şirkətin strateji qərarların qəbul edilməsində bilavasitə iştirakı, fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir şirkət üçün vacibdir. İstənilən şirkətin ən vacib aktivi onun insan resurslarıdır və məhz bu səbəbdən bu resursların düzgün idarə olunması biznes üçün çox vacibdir.

Son xəbərlər
Digər xəbərlər