6 C
Baku
Sunday, December 15, 2024

Biznesdə saxta tezislər –II hissə

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Bundan əvvəlki yazıda biznesdə dolaşan bəzi saxta tezislərə münasibət bildirdim. Sosial şəbəkələrdə və bloq yazısındakı şərhlərdə “bu tipli tezislərin sayını artırmaq olar” fikri üstünlük təşkil edirdi. Onu nəzərə alıb 2-ci yazını təqdim edirəm. Qeyd etdiyim kimi, yazıda biznesdə ayaq açıb yeriyən, o qədər də maneə ilə üzləşməyən, eyni zamanda saxta hesab etdiyim tezislərə münasibət bildirirəm.

1) Bir şirkətin rəhbəri başqa sənaye sahəsində rəhbər işləyə bilməz. Bunu əsasən onunla əlaqələndirirlər ki, guya rəhbər üçün həmin sənaye sahəsini, məhsulu bilmək bir nömrəli şərtdir.

Belə deyil! Şirkətin rəhbəri menecerliyi, liderliyi bilsin. Budur əsas şərt. Texniki bacarıqlardan və məhsulu bilməkdən daha çox konseptual bacarıqların yüksək səviyyədə olması birinci dərəcəlidir. O şeylər ki, ilk növbədə mühəndislərdən tələb olunmalıdır (məhsulu, istehsalı, texnologiyanı bilmək), onları şirkət rəhbərindən gözləmək doğru deyil.

biznssjas

Əlbəttə ki, yaxşı rəhbər işin içinə girəndən sonra məhsulu da biləcək və bu şərtdir.

2) Əsas praktikadır. İşləyib öyrənəcəyəm. Heç nə öyrənməyəcək. Olsa-olsa həmin işi “öyrənər”, o da yarımçıq. Hər dəfə yeni situasiya görəndə çaşıb qalacaq, sual verəcək və s.

3) Yaxşı məhsulun reklama ehtiyacı yoxdur. Belə bir şeyin olmadığını marketerlər, reklamçılar dəfələrlə izah və sübut ediblər. İki yaxşı şirkətdən biri məhz yaxşı olduğuna görə reklamı dayandırsa, digərindən ən azı reklama görə geri qalacaq, bir müddətdən sonra isə heç yada düşməyəcək.

4) Linkedin şəbəkəsi Azərbaycan üçün deyil. Bunu iddia edənlər əsasən Linkedinin real imkanlarını bilməyənlərdir. Və ya Linkedinə “iş tapmaq saytı” kimi baxanlardır.

Linkedindən normal qaydada istifadə edərək yeni müştərilər, təchizatçılar, işlər, işçilər, məlumatlar və s. tapmaq mümkündür və bunun real nümunələrini görmüşəm.

Son xəbərlər
Digər xəbərlər