7 C
Baku
Thursday, December 12, 2024

Biznesin evdən idarə edilməsi haqqında yanlış düşüncələr

Biznesin idarə olunması zamanı şəxsi ofisə sahib olmaq hələ uğurun zəmanətçisi deyil.

Biznesini evdən idarə edən əksər insanlar belə düşünürlər ki, müştərilər həmin biznesmeni ciddi qəbul etməyəcəklər. Lakin diqqətlə düşünsək və kiçik statistika təşkil etsək görərik ki, əksər bizneslərdə müştərilər demək olar ki, sizin şəxsi ofisinizə baş çəkmir və bu səbəbdən biznesi evdən idarə edərkən bu kimi məsələlər ətrafında zaman israfı etmək məqsədə uyğun deyildir.

Biznesin evdən idarə edilməsi zamanı aktual olan digər yalnış düşüncələrdən biri də, biznesmenin evdən çalışmasının daha az effektiv olması haqqındadır. Lakin araşdırmalar bunun əksini sübut edir. Çox saylı hesabatların və araşdırmaların nəticələrinə əsasən, evdə çalışan insanlar öz öhdəliklərini daha böyük effektivliklə yerinə yetirirlər. Unutmayın ki, əksər hallarda ofis bir çoxları üçün psixoloji olaraq darlıq yaradır və uzun illər ofis mühitində çalışan insanlar təcrübələri artdıqca ofis həyatından qaçmağa çalışırlar.

Bundan əlavə, insanlara hakim kəsilən digər bir fərziyyə “evdən idarə edilən biznes heç vaxt klassik ofis şirkətləri ilə rəqabət apara bilməz!” formasındadır. Bu heç də belə deyil! Bu zaman klassik ofis tərzi biznesə sahib olan şirkətlərdən fərqli olaraq məhsul qiymətləri, ofisin icarə haqqı və s. bu kimi texniki və inzibati xərclər haqqında düşünməli olmayacaqsınız. Biznesin ev şəraitində idarə edilməsi heç də onun rəqabət qabiliyyətinin aşağı olmasının göstəricisi deyil. Təbii olaraq, məhsul və xidmətin rəqabət qabiliyyəti onun haradan idarə edilməsi ilə qiymətləndirilə bilməz və bildiyimiz kimi rəqabətin əsasını keyfiyyət kimi daha məna yüklü amillər təşkil etməlidir.

 “Evdə işləyərkən hər kəs diqqəti yayındırır və iş üzərində diqqəti cəmləmək mümkün deyil!”. Ola bilsin bu müəyyən mənada həqiqət payına sahib olan yeganə yanlış düşüncədir. Doğrudanda bəzi sahibkarlar biznesin evdən idarə edilməsi zamanı kənar amillərə görə bütün diqqətlərini işə kökləyə bilmir və cari layihələrə lazımi “qayğını” göstərə bilmir. Nəticədə isə təbii olaraq məhsuldar səviyyəsi enir. Lakin bu o qədər də ciddi problem deyil və qısa zaman kəsikləri ərzində baş verir. Yaranmış problemlər aradan qaldırıldıqda isə hər şey öz axarına geri dönür.

Yuxarıda sadalanan amillərdən bir nəticəyə gəlməli olsak, görərik ki, biznesin evdən idarə edilməsi ilə onun adi, cansıxıcı ofisdə idarə edilməsindən geri qalan bir cəhəti odur. Əgər biznes üzrə gündəlik tapşırıq və öhdəliklərinizi ləngitmədən və heç bir problem olmadan evdən də idarə edə bilirsinizsə kənar amillərə görə fikrinizi məşğul etməkdə bir fayda yoxdur!

Son xəbərlər
Digər xəbərlər