0 C
Baku
Saturday, February 1, 2025

Biznesin inkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin stajçı mütəxəssisi /baş mütəxəssisi (Xalq Bank)

TƏLƏBLƏR:

 Ali magistr təhsili;
 Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
 Analitik düşünmə qabiliyyəti;
 Komanda işini bacarmalı və bankın digər funksional strukturları ilə işləmək bacarığı;
 Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və müvafiq olaraq istifadə bacarıqları;
 Təqdimat bacarığı:
 Marketinq planlaşdırma bilikləri;
 Marketinq auditinin  təşkili üzrə biliklər;
 Marketinq informasiya sistemləri;
 Məhsulların yaradılması, məhsul çeşidlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
 Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
 Azərbaycan dilini müəkəmməl səviyyədə bilmək ( rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır).

Qeyd 1: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (670 AZN) stajçı mütəxəssis götürülə bilər.
Qeyd 2: : Azərbaycan Respublikasının iri şirkətlərində (rabitə-telekommunikasiya, energetika və s.) iş təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.

Əmək haqqı:  1000 AZN-dən 2330 AZN-dək

İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
Şəhər: Bakı

İŞÇININ VƏZIFƏSI:

 Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
 İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək;
 Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
 Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli;
 Müştəri seqmentləri üzrə məlumatları toplamalı , ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli;
 Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
 Marketinq planlarının icrası zamanı performans qiymətləndirmələri üçün informasiyalarının  əldə edilməsinə dəstək göstərmək;
 Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək;
 Servis sisteminin qiymətləndirilməsi , paylama kanallarının keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalında dəstək göstərilməsi;
 Xidmət standartlarının ölçülməsi və qiymətləndirilməsində dəstəyin göstərilməsi:

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E – mail :  [email protected]
Telefon:   (012) 404 43 39
Faks:  (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər